Yanvar-fevral ayları ərzində Azərbaycanda 5672 cütlük nikaha daxil olub

A- A A+

Yanvar-fevral aylarında ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5672 nikah və 2417 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 təşkil edib.

İlin ilk iki ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 395 nəfər gələn və ölkəmizdən 47 nəfər gedən qeydə alıblar. Ölkə üzrə miqrasiya saldosu müsbət 348 nəfər təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: