Uşaqların sanitar-gigiyenik qaydalara əməl etmələrinə ciddi fikir verilməlidir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Babək rayonunun ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici  seminarda səsləndirilib.

Vurğulanıb ki, il ərzində muxtar respublikada fəaliyyət göstərən dövlət uşaq müəssisələrində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər keçirilir. Monitorinq zamanı həmin müəssisələrdə sanitar-gigiyenik normalara əməl olunması vəziyyəti yoxlanılır.

Təhsil müəssisələrində məktəblilərin təhsili, təlim-tərbiyəsi  ilə yanaşı sağlamlıqlarının qorunması ilə bağlı sanitar-gigiyenik qaydalara nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, koronavirus pandemiyası təkcə təhsil sahəsi üçün deyil, bütün sahələr üçün bir sınaqdır. Bu sınaqdan üzüağ çıxmaq üçün işimizə daha məsuliyyətlə yanaşmalı, özümüzü və ətrafımızı, xüsusilə də şagirdlərimizi qorumalıyıq. Uşaqların sağlamlıqlarının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan uşaqların sanitar-gigiyenik qaydalara əməl etmələrinə ciddi fikir verilməlidir.

Sonda tədbir iştirakçılarına gigiyenik qaydalarla bağlı maarifləndirici bukletlər təqdim olunub. 

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: