Gənclər “Naxçıvan Bağları” ilə tanış olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən reallaşdırılan “Gənclərin istehsalat prosesi ilə tanışlığının təmin olunması” layihəsi çərçivəsində könüllülərin “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil edilib.

Müəssisə ilə tanışlıqdan əvvəl Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev bildirib ki, layihə çərçivəsində ekskursiyaların keçirilməsində məqsəd gənclərin muxtar respublikanın iqtisadiyyatında önəmli rol oynayan sahibkarlıq subyektlərinə, emal və istehsal müəssisələrinə gəzintilərini təşkil etməklə onların istehsalat təcrübəsi ilə yaxından tanışlığını təmin etməkdir.  Bu cür aktivliklər, həmçinin tələbələrin bilik və bacarıqlarının stimullaşdırılması, onların nəzəri biliklərini praktikada tətbiq etmələri  baxımından əhəmiyyət kəsb edir.

Sonra gənclər 1,2 hektar ərazidə yerləşən istixana kompleksində yaradılan şəraitlə tanış olub, tərəvəzlərin becərilməsi üsulları ilə maraqlanıblar.

Cəmiyyətin əməkdaşı məlumat verib ki, “Naxçıvan bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istixana komplekslərində yeni texnologiyaların tətbiqi burada yüksək məhsuldarlığa nail olunmasında əhəmiyyətli rol oynayır.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: