Qardaşı və həyat yoldaşı şəhid olan Nargül İbrahimliyə ev verilib

A- A A+

Vətən müharibəsi həm də Azərbaycan qadınının yüksək mənəviyyatını, sarsılmaz iradəsini və məğrurluğunu bir daha nümayiş etdirdi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov paylaşımında bildirib.

"Şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimlinin timsalında da biz bunun şahidi olduq. Bu gün o, şəhid ailəsi kimi yeni mənzillə təmin olundu", - F.Talıbov qeyd edib.

Şərur rayonunun igid qızı Nargül İbrahimli Vətən müharibəsində güclü Azərbaycan qadınının nümunəsi oldu. Şərur rayonunun Ələkli kəndindən olan Nargülün həm həyat yoldaşı, həm də qardaşı Vətən müharibəsində igidlik göstərərək şəhid olub. 

Qeyd edək ki, Vətən müharibəsi qəhrəmanı Adil İbrahimli "Vətən uğrunda", Şuşanın və Kəlbəcərin azad olunması medalları ilə təltif olunub. N.İbrahimlinin qardaşı Elton Qənbərli  isə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: