Sədərək rayonunda yaşı 30-dan yuxarı olan işçi qruplarının COVID-19-a qarşı vaksinasiyasına start verilib - FOTOLAR

A- A A+

"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” muxtar respublikada uğurla davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunda yaşı 30-dan yuxarı olan işçi qruplarının vaksinasiyası prosesinə başlanılıb. Əvvəlcə ümumtəhsil müəssisələrində çalışan 30 və yuxarı yaşlı pedaqoji, həmçinin texniki heyətin 160 nəfəri vaksinasiyaya cəlb olunub.

Sonra isə Sədərək Rayon İcra Hakimiyyəti və onun yerli strukturlarının həmin yaş qrupundan olan 300 işçisi  “Sinovac” vaksininə cəlb edilib. Naxçıvan Muxar Respublikası Səhiyyə Nazirliyinin xüsusi heyəti tərəfindən həyata keçirilən vaksinasiyada heç bir narahatlıq  müşahidə olunmayıb.

Qeyd edək ki, peyvəndləmə həftə boyu davam etdiriləcək. 2-ci doza vaksinasiya isə ilk peyvənddən 28 gün sonra həyata keçiriləcək.

  

Məhəmməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: