Naxçıvanda sürətli poçt xidmətlərinin göstərilməsində rəqabət artır

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublika sakinlərinə sürətli poçt xidmətlərinin göstərilməsi məqsədilə karqo şirkətlərinə lisenziya verilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 19 aprel tarixində “Aras Karqo”, 21 aprel tarixində “Nurlu Karqo” və 22 aprel tarixində “Etibarlı Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.

Muxtar respublikada sürətli poçt göndərişlərinə lisenziyaların verilməsi karqolar arasında sağlam rəqabəti artırır ki, bu da hər bir karqo şirkətindən öz üzərində ciddi işləməyi tələb edir. Vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərməsinə zəmin yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: