Ordubad rayon Vənənd kəndinin məktəbliləri tuberkulin test sınağına cəlb edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hazırda şəhər və rayonlarda yerləşən məktəblərdə təhsil alan şagirdlər arasında vərəmin erkən aşkar olunması məqsədilə I-VI sinif şagirdlərində kütləvi tuberkulin test sınağı aparılır. Növbəti tədbir  Ordubad rayonunun Vənənd kənd tam orta məktəbinin şagirdlərini əhatə edib. Kənd həkim ambulatoriyasında Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin  tibb işçiləri tərəfindən həyata keçirilən sınaq zamanı heç bir narahatlıq  müşahidə olunmayıb.

Test nəticələri qiymətləndirildikdən sonra şübhəli və müsbət reaksiyalı şagirdlər dərin ftiziatr müayinəsinə cəlb ediləcək. Kütləvi tuberkulin test sınağı rayonun digər məktəblərində də həyata keçiriləcək.

Qeyd edək ki, bu tədbirlər “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” na uyğun olaraq həyata keçirilir.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: