“Bloomberg”: Dünyada koronavirus əleyhinə artıq təxminən 1 milyard peyvənd vurulub

A- A A+

Yaxın günlərdə dünyada koronavirus əleyhinə vurulan peyvəndlərin sayı 1 milyardı ötəcək.

NUHÇIXAN İnformasiya Agentliyi TASS Agentliyinə istinadla xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, aprelin 22-si tarixinə dünyada ümumilikdə 966 milyon peyvənd vurulub. Dünyada hər gün təxminən 16 milyon peyvənd vurulur. Beləliklə, 1 milyardlıq hədd bu həftəsonu keçiləcək.

“Bloomberg”in baş ofisinin yerləşdiyi ABŞ-da vaksinasiya səviyyəsi adəti üzrə tam peyvənd olunanların sayı ilə deyil, tətbiq olunan peyvəndlərin sayı və ya istifadə olunan vaksin dozaları ilə qiymətləndirilir. Beləliklə, tam peyvənd olunanların sayı hələ də 1 milyarddan əhəmiyyətli dərəcədə azdır - əksəriyyət peyvəndin yalnız ilk dozasını alıb.

Bu günə qədər Azərbaycanda koronavirusa qarşı 1,5 milyona yaxın peyvənd vurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: