Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilov dəfn edilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, şəhid Sabunçu rayonunun Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.