NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Muzey günləri” çərçivəsində muxtar respublikada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin muzeylərə növbəti ziyarətləri təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olub. Xan sarayının tarixi barədə kollektivə ətraflı məlumat verən bələdçi bildirib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. 2015-ci il 4 fevral tarixli Sərəncamına əsasən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirir. Ziyarətçilər Möminə Xatın və Açıq Səma Altında Muzeydə də olublar.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Ədəbiyyat Muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən Cəmşid Naxçıvanski Muzeyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini, Dövlət Gömrük Komitəsinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Gülüstan türbəsi və “Əlincəqala” Tarix-Mədəniyyət muzeyini ziyarət ediblər.
Həmin gün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Qarabağlar Türbə Kompleksində, Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Rəsm Qalereyasında, Ombudsman aparatının kollektivi Cəlil Məmmədquluzadənin ev muzeyində, Ədliyyə Nazirliyinin kollektivi Xatirə Muzeyində, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Milli Dəyərlər Muzeyində, Fövqəladə Hallar Nazirliyinin kollektivi Bəhruz Kəngərli Muzeyində, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Duz Muzeyində, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları Yusif Küseyir oğlu türbəsində olublar.
Ziyarətçilərə muzeylərə göstərilən qayğı, eksponatların zənginləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Hafizə Əliyeva