Şərur rayonunda 21 qadın toxuculuq üzrə təlimə cəlb olundu - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada qadınların məşğulluğunun təminatı məqsədilə keçirilən təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Təlimdə istedadlı toxucu qadın Gülsüm Kəngərli əyani vəsaitlərdən istifadə etməklə toxuculuqla bağlı təcrübələrini iştirakçılarla paylaşıb. Təlimə 6 aztəminatlı ailənin üzvü, 12 sağlamlıq imkanları məhdud və Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 3 dərnək rəhbəri olmaqla 21 qadın iştirak edib.  

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramın icrası ilə əlaqədar qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində bir sıra işlər və sosial layihələr həyata keçirilir. Qadınlara toxuculuq sənətinin öyrədilməsi də bu tədbirlərin davamıdır.

                                                                  Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: