Çin alimləri Хаynan adasında yeni ekzotik kərtənkələ tapıblar

A- A A+

Alimlər Хаynan (Cənubi Çin) adasında gekkonlar növünə aid olan yeni kərtənkələ - ekzotik Sərqi-Asiya euyblefarı aşkar ediblər. NUHÇIXAN xəbər verir ki, bu barədə “Sinxua” agentliyi cümə günü məlumat yayıb.

Heyvan adanın mərkəzi hissəsində dəniz səviyyəsindən 200-300 metr yüksəklikdə meşə ilə örtülü ərazidə tapılıb. Uzunluğu 93-97 millimetrə çatan heyvanın qəhvəyi və qırmızıya çalan dərisində iri qara ləkələr mövcüddur. Yeni növ “Zhoushi Jianhu” adlandırılıb ki, bu da tərcümədə "Çjou sülaləsindən euyblefar" deməkdir.

Dünyada cəmi 17 növdə Şərqi-Asiya euyblefarı mövcuddur. Bu yaxınlara qədər belə hesab edilirdi ki, bunlardan yalnız ikisi (Goniurosaurus hainanensis və Goniurosaurus bawanglingensis) Хаynan adasında yaşayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: