Rayon (şəhər) məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələrdən şikayət hara və necə verilməlidir?

A- A A+

Məhkəmə müdafiəsi hüququnun səmərəliliyi bir sıra amillərdən, o cümlədən həm mülki işə baxılmasının nəticəsi kimi qanun və əsaslı məhkəmə aktının çıxarılmasından, həm də mülki işə baxılarkən yol verilmiş maddi və prosessual hüquq normalarının pozulması hallarının aradan qaldırılması imkanının müəyyən olunmasından əhəmiyyətli dərəcədə asılıdır.

Apellyasiya şikayəti onu vermək hüququna malik olan şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsi ilə pozulmuş hesab etdikləri hüquqlarının və ya qanunla qorunan mənafelərinin müdafiə, yaxud təsdiq olunması üçün apellyasiya instansiyası məhkəməsinə müraciətinin prosessual formasıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə Mülki prosessual qanunvericiliyə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan qanunla  nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər,  dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror da malikdir.

Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qətnamələrindən apellyasiya şikayəti  məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına verilə bilər.

Eyni zamanda qanunvericilik apellyasiya şikayətinin məzmununa dair tələblər müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar, şikayətə əlavə edilən sənədlərin siyahısı  göstərilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: