Əməkdar həkim Hüseyn Niftəliyevin 70 illiyi qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində əməkdar həkim Hüseyn Niftəliyevin 70 illik yubileyi qeyd edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edib və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin əməkdar həkim Hüseyn Niftəliyevə 70 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu  oxuyub.

Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Asiman Yusifov, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Məhsəti Allahyarova çıxışlarında bildiriblər ki, ömrünün 70-ci baharını yaşayan Hüseyn Niftəliyev muxtar respublikada tanınan həkimlərdəndir.

Hüseyn Niftəliyev 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. 1982-ci ilin aprel ayında  Nehrəm kənd xəstəxanasına baş həkim təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvü kimi  2005-2010-2015-2020-ci illərdə Naxçıvan Muxtar Respubilkasının Ali Məclisinə deputat  seçilib. 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının  “Əməkdar həkimi”  fəxri adına,  2007-ci ildə “ Tərəqqi” medalına, 2013-cü ildə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalına, 2019-cu ildə isə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalına layiq   görülüb. Hazırda tanınmış həkim uşaq əhalisinin sağlamlığının keşiyindədir

Tədbirdə Nehrəm Qəsəbə Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyev ona göstərilən diqqət, fəaliyyətinə verilən qiymət üçün  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edənlər  yubilyarı təbrik edib, işlərində uğurlar arzulayıblar. Hüseyn Niftəliyev Naxçıvan Muxtar Respublikası səhiyyəsinin inkişafındakı xidmətlərinə görə, Səhiyyə nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.

Adilə Səfərova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: