Dövlət Texniki Kollecinin tələbələri DYPİ-də təcrübə keçir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, DİN-nin DYPİ-də Naxçıvan Dövlət Texniki Kollecinin və DYPİ-nin birgə tədbirlər planına uyğun olaraq Kollecin “Yol hərəkətinin təşkili” ixtisası üzrə dördüncü kurs tələbələrinin diplomqabağı təcrübə keçmələrinə başlanılıb.
30 günlük təcrübə müddəti ərzində tələbələrə DYP-nin fəaliyyət istiqamətləri, yol patrul xidmətinin təşkil olunması və aparılması, sürücülük vəsiqələrinin verilməsi üçün imtahanların keçirilməsi və mexaniki nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə bağlı tələbələrə məlumat veriləcək.