Şahbuz rayonunun Aşağı Qışlaq kəndində rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüş keçirilib.
Bu barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə mütəxəssis məsləhətləri, ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatçılarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi barədə məlumatlar ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
Həmçinin daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, eləcə də əkin atlaslarına uyğun əkinlərin aparılmasının əhəmiyyəti, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri barədə məlumatlar verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, bukletlər təqdim olunub.