Aprelin 29-da Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:21-də qeydə alınıb.
Ocağı 55 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.2-yə bərabər olub.