Naxçıvanda iftar payları verilib - FOTOLAR

A- A A+

Muxtar respublikada Ramazan ayı və orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Pandemiya dövründə kütləvi iftar mərasimlərinin yerinə iftar paylarının verilməsi həm mənəvi dəyərlərimizin yaşadılmasına, həm də əhalinin sağlamlığının qorunmasına xidmət edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 29-da müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan şəhərindəki məscidlərdə dindarlara, məscid əhlinə, eləcə də ali təhsil müəssisələrində təhsil alan ölkəmizin digər bölgələrindən olan və əcnəbi tələbələrə, hərbi hospitalda müalicə alan xəstələrə, Psixi xəstəliklər dispanserinə, "Naxçıvan Yaşıllaşdırma Xidməti" publik hüquqi şəxsinin, Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin kollektivlərinə və sosial qayğıya ehtiyacı olanlara 3800 iftar payı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: