Badamlı kəndində yeni mərasim evi istifadəyə verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun Badamlı  kəndində 250  yerlik yeni mərasim evi istifadəyə verilib. 

Bu münasibətlə keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Söhrab Kərimov, rayon Dini İcmasının sədri Mirməhəmməd Seyidov və Badamlı kənd sakini, ziyalı Kamil Xudaverdiyev bildiriblər ki, son illər muxtar respublikada formalaşan yaxşı ənənələrdən biri də kəndlərimizdə mərasim evlərinin tikintisidir. Bu istiqamətdə Şahbuz rayonunda da mühüm tədbirlər həyata keçirilir. Hazırda rayonun bir neçə kəndində  mərasim evlərinin inşası davam etdirilir. Badamlı kəndində yeni mərasim evinin istifadəyə verilməsi sakinlərin dini mərasimləri rahat şəkildə keçirmələrinə şərait yaradacaq və əlavə xərclərin qarşısını alacaq.

Qeyd olunub ki, yeni mərasim evinin tikintisi sahibkarlar, iş adamları, kənd sakinlərinin təşəbbüsü və dövlətimizin dəstəyi əsasında aparılıb. 250 yerlik mərasim evi qadınlar və kişilər üçün 2 zal, mətbəx və anbardan  ibarətdir. Mətbəxdə lazımi şərait yaradılıb, binanın həyəti abadlaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl rayonun Aşağı Qışlaq və Mahmudoba, Sələsüz, Kolanı kəndlərində də yeni mərasim evləri istifadəyə verilib. Hazırda isə Külüs, Keçili, Kükü və Türkeş kəndlərində  mərasim evlərinin tikintisi davam etdirilir.                                                       

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: