Muxtar respublikada informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası yaradılacaq

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Komitədə muxtar respublikada informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası yaradılacaqdır. Ekspert Şurası informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert rəyindən razı olmayan hüquqi və ya fiziki şəxslərin şikayətlərinə baxacaqdır. Şura ictimai əsaslarla fəaliyyət göstərəcək.

Komitə tərəfindən Ekspert Şurasının tərkibinə daxil ediləcək müstəqil ekspertlərin seçilməsi və onlara ixtisas attestatının verilməsi məqsədilə müsabiqə elan edilib.

Müsabiqənin şərtləri aşağıdakılardan ibarətdir:

Ekspert Şurasının tərkibinə daxil ediləcək müstəqil ekspertin müsabiqədə iştirak etməsi üçün ekspertin fəaliyyət göstərdiyi ekspert təşkilatı tərəfindən Komitəyə müraciət olunmalıdır.

Ekspertlərə ixtisas attestatının verilməsi üçün müraciət edən Ekspert Təşkilatı qanunvericiliyin tələbinə uyğun olaraq ən azı üç (3) ekspert ştatına malik olmalıdır.

Müsabiqə test imtahanından və müsahibə mərhələsindən ibarətdir.

Test imtahanı 30 (otuz) sualdan ibarət olmaqla 1 (bir) saat müddətində keçiriləcək və hər düzgün cavab 1 (bir) balla, düzgün olmayan və ya cavabsız saxlanılan cavab isə “0” balla qiymətləndiriləcəkdir. Test imtahanından 25 (iyirmi beş) və daha çox bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.

Test imtahanının keçirildiyi vaxt və yer barədə məlumat imtahandan 3 (üç) gün əvvəl Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcək və namizədlərə sifarişli poçt bildirişi və ya elektron qaydada göndəriləcəkdir.

Müsabiqə və müsahibə proqramı Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcəkdir.

Müsabiqədə iştirak etmək arzusunda olan ekspert təşkilatları qeydiyyatdan keçmələri üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Komitənin rəsmi internet informasiya ehtiyatlarında (aqupdk.nakhchivan.az) yerləşdirilmiş müraciət formasını müvafiq sənədləri əlavə etməklə elektron qaydada doldura və ya birbaşa müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Gülər Əhmədova

Əlaqə telefonu: (036) 550-46-58

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: