Naxçıvan şəhər sakini lotereyadan avtomobil udub - VİDEO
Əyləncə adası İstirahət Parkında Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqının kupon uduşu kampaniyasının 5-ci tirajı keçirilib. Uduşa 5 paltaryuyan maşın, 10 televizor, 5 kondisioner, 4 mebel dəsti və 1 OPEL “KORSA” markalı avtomobil qoyulub. Qeyd olunan uduşların əksəriyyəti muxtar respublika sakinləri tərəfindən udulub.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Röyal Kərimov