Xəzər dənizində növbəti zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:32-də qeydə alınıb.
Ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.
Xatırladaq ki, bu gün saat 04:19-da və 04:20-də Xəzər dənizində maqnitudaları müvafiq olaraq 4 və 3.4 olan iki yeraltı təkan da qeydə alınıb.