Mayın 3-ü gündüzdən etibarən ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi gözlənilir

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin mayın 1-i saat 13:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, düşən yağıntının miqdarı Lerik, Lənkəranda 5, Yardımlı, Sədərəkdə 4, Gədəbəy, Ordubad, Ağdərə (Ordubad), Naxçıvanda 3, Neftçala, Şərurda 2, Şahbuz, Daşkəsən, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Astarada 1 millimetrədək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 3-ü gündüzədək davam edəcək, gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: