“Dəniz kuboku - 2018” müsabiqəsinin iştirakçıları arasında voleybol turniri keçirilib

A- A A+

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında voleybol yarışı keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, ilk görüşdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oynu da Qazaxıstan dənizçilərinin qələbəsi ilə başa çatıb.

Final oyunlarında isə İran komandası Rusiya dənizçilərinə, Azərbaycan hərbçiləri isə Qazaxıstan komandasına qalib gəlib.

Dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: