Sədərək rayonundakı Şəhidlər xiyabanı təmir olunur

A- A A+

44 günlük Vətən müharibəsində qeyrət qalası Sədərəyin igidləri də Vətən müharibəsində torpaqlarımızın yağı düşməndən azad edilməsində iştirak etdilər.  İndi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Tağı Abdullazadə və Ərtoğrul Nadirli də 1990-cı illərdə torpaqlarımıza göz dikmiş yağı düşmənə tutarlı cavab verərək şəhidlik zirvəsinə yüksələn Sədərəyin igid oğulları ilə birgə rayon Şəhidlər xiyabanında uyuyurlar. İgid Vətən oğullarının məzarları ailələrinin istəklərinə uyğun qaydada götürülür. Yaxın günlərdə Sədərək rayon Şəhidlər xiyabanında aparılan yenidənqurma, təmir-bərpa işləri də dövlət qayğısının növbəti təzahürüdür.

Aparılan təmir işləri zamanı 90-cı illərdə şəhidlik zirvəsinə yüksələn igid Vətən oğullarının məzarları da yenidən bərpa edilir, qara mərmərlə üzlənir, məzarlığın ərazisinə döşəmə daşlar düzülür, ətrafa gülkarlıq salınır.

    “Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: