Tələbələr Ali Məhkəmənin iş prinsipi ilə tanış olublar

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının tələbələri  Ali Məhkəmənin iş prinsipi ilə tanış olublar.

Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Ali Məhkəmə arasında qarşılıqlı əməkdaşlıq qurulub, bu istiqamətdə fəaliyyət genişləndirilib. Tədbirdə hüquq-mühafizə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli və humanist kadrların formalaşdırılmasının vacibliyi də vurğulanıb.

Qeyd olunub ki, hami təşkilatlar tərəfindən belə tədbirlərin təşkili gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsinə, ixtisaslarına dərindən yiyələnmələrinə yeni imkanlar yaradır.

5 gün davam edən tədbirlərdə tələbələr üçün Ali Məhkəmədə “Hüquqi Debat Turniri” təşkil edilib. Debatda iştirak edəcək komandalar və onların say tərkibi müəyyən edilib, tələbələr məhkəmənin müxtəlif strukturlarında iş şəraiti ilə tanış olub, cinayət işi üzrə məhkəmə prosesində iştirakları təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: