Həccə getmək üçün koronavirus sığortası tələb olunacaq

A- A A+

Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarəti yalnız koronavirus əleyhinə tibbi sığorta təqdim etməklə mümkün olacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı hökumətinin qərarında deyilir.

Tibbi sığorta şəxsin xəstələnəcəyi təqdirdə koronavirusdan müalicə, karantinə alınma, eləcə də zəruri hallarda vətənə yola salınma xərclərini qarşılamalıdır.

Qeyd edək ki, ötən həftə sonu Səudiyyə Ərəbistanı sərhədləri açdığını və öz vətəndaşlarının səyahət məhdudiyyətlərini aradan qaldırdığını elan etmişdi.

Bu il Həcc ziyarəti iyulun ikinci yarısı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: