Əsası 1892-ci ildə Tiflisdə qoyulan “Erməni İnqilabi Federasiyası – Daşnaksütun” partiyası bütün Cənubi Qafqazda və Türkiyədə erməni hərəkatını idarə etməyə başladı. Bu, mahiyyəti etibarı ilə, ermənilərin özü demişkən, həqiqətən nasist partiyası idi, onun ideologiyası Almaniyanın Nasional Sosialist Alman Fəhlə Partiyasının ideologiyasını düz 30 il qabaqlamışdı. Daşnaksütunun proqramı erməni irqinin xüsusi imtiyazlı olmasına, arilik iddiasına (bu, rasizmdir), onun yaşadığı “iztirablara” görə qisas almağa haqqı olduğuna (revanşizm), ermənilərin “bütün özgələrdən” ayrılıb təmizlənməsinə (aparteid) və terror metodlarını ayinlər (faşizm) səviyyəsinə qaldırmağa əsaslanmışdı.
Partiyanın proqramında deyilirdi: “Adamları silahlandırmaq üçün hər bir vasitəyə əl atmalı... Toqquşmaları qızışdırmalı... Hakimiyyət məmurlarına qarşı terror hadisələri həyata keçirməli.... Dövlət müəssisələrini talan etməli və dağıtmalı... Ermənilər nəyin bahasına olursa olsun, müstəqillik əldə etməlidirlər. Bu məqsədə çatmaq üçün hər şey məqbul sayılır: təbliğat, terror, amansız partizan müharibəsi və s.” Gördüyünüz kimi, hər şey açıq-aşkar deyilir və həm də Adolf Hitlerin “Mayn Kampf” (“Mənim mübarizəm”), proqram xarakterli əsərində deyildiyindən də güclü.
Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasında yaşayan ermənilərin davranışı xainliyin və satqınlığın ən kütləvi təzahürü idi. Məşhur etnoloq-tarixçi L.N.Qumilyovun təbirincə desək, bunlar həmin ermənilər idi ki, “500 il türk sultanlarının “əsarəti” altında yaşadılar (oxu: “piyləndilər”), zənginləşdilər və maneəsiz artıb çoxaldılar, hətta Amerikaya yayıldılar”. Aydın məsələdir ki, L.N.Qumilyov dinc, zəhmətkeş, öz əməyi ilə məşğul olan erməniləri onların çağırılmamış havadarlarından – hər yerdə öz xalqının şöhrətindən, əzəmətindən aləmə car çəkən və hər şeydən əvvəl qonşu xalqları aşağılayan, fürsət düşdükcə millətlərarası ədavəti qızışdıran daşnak millətçilərindən fərqləndirirdi.
Bütün Türkiyə ermənilərinin patriarxı dəfələrlə İngiltərənin ölkədəki səfirinə bildirmişdi ki, erməni azlığı Türkiyə hakimiyyətini devirməyə və Türkiyə ərazilərini Rusiyaya birləşdirməyə hazırdır. Nəzərlərini Rusiyaya və Avropaya yönəldən ermənilər öz ərazi iddialarını reallaşdırmaq üçün başqa dövlətlərin Türkiyəyə hərbi müdaxiləsinə can atırdılar.
Tiflisdə “erməni milli bürosunun” prezidenti Qafqaza səfər etmiş II Nikolayı inandırırdı ki, “bütün ölkələrin erməniləri şanlı rus ordusunun sıralarına daxil olmağa, rus silahının qələbəsi naminə öz canlarından keçməyə hazırdırlar. Təki rus bayrağı Bosfor və Dardanel boğazları üzərində sərbəst dalğalansın. Biz hamımız türklərə arxadan zərbə endirməyə hazırıq”. 01 noyabr 1914-ci ildə ermənilərin açıq-aşkar dəstəyi ilə Türkiyə sərhəddi yarıldı. Erməni katolikosu 8 noyabr 1914-cü ildə Eçmiyədzindən yazdığı məktubda Qafqaz canişini qraf Voronsov-Daşkova işarə vururdu ki, Türkiyə ilə müharibənin əsas meydanı “Türkiyə Ermənistanıdır”. O, həmçinin təklif edirdi ki, əlahəzrət imperatorun adından Kilikiya ilə birlikdə altı (Van, Ərzurum, Bitlis, Sivas, Diyarbəkir və Harput) vilayətin sərhədləri daxilində Türkiyə ermənilərinə muxtariyyət vədi hamıya elan edilsin.
1915-ci ilin aprel ayında Qafqazın Rusiyanın tabeliyində olan bölgələrindən axışıb gələn, ara qızışdıran daşnaklar Van şəhərində qiyam qaldırdılar və təntənə ilə erməni dövlətinin yaradıldığını elan etdilər.
Amerika tarixçisi Gastin Makkartiyə görə Anadolunun bütün əyalətlərində müsəlmanlar həmişə əhalinin böyük əksəriyyətini təşkil etmişlər. Onun hesablamalarına görə, hətta dünyanın bütün erməniləri axışıb Türkiyənin həmin altı vilayətinə gəlsəydilər belə, yenə də müsəlmanlar orada üstünlük təşkil edərdilər və tədqiqatçı xüsusi qeyd edir ki, həyat qabiliyyətli dövlətin mövcudluğu üçün ermənilərin sayı kifayət etməzdi.
Poqos Nubar paşa Londonun 30 yanvar 1919-cu il tarixli “Tayms” qəzetinə verdiyi müsahibədə lovğalıqla bəyan etmişdi ki, “ermənilər Türkiyənin tərəfini saxlamaqdan üsyankarcasına imtina edib de-fakto olaraq müharibədə iştirak etmişlər. Qafqazda rus ordusu sıralarında xidmət edən 150 min ermənidən başqa, 50 minə yaxın erməni könüllüsü də Andranikin, Nazarbekovun və başqalarının başçılığı altında nəinki dörd il müddətində Antantanın tərəfində vuruşdular, həm də bu ordu Rusiyanın məğlubiyyətindən sonra Qafqazda türk ordusunun hücumunun qabağını saxlayan yeganə qüvvə olaraq qalırdı”.
G. Makkarti hər iki tərəfdən ölənlərin sayını hesablamışdı: Düşmənin tez-tez 1,5 və ya 2 milyon erməninin öldüyünü israrla sübut etməyə çalışmasına baxmayaraq, 1912-1922-ci illərin müharibələrində 600 mindən az Anadolu ermənisi həlak olmuşdu. Həm də hesablamalarında Makkarti “erməni” adı altında başqa xristian məzhəblərinə itaət edən, müharibənin törətdiyi müxtəlif səbəblərdən (aclıq, xəstəlik və s.) həyatını itirən osmanlı vətəndaşlarını da nəzərə alırdı. Türkiyə Respublikası isə ölənlərin sayının 300 min olduğunu təxmin edir.
Müharibənin ümumi statistikası isə daha böyük amansızlıqdan xəbər verir: ermənilərlə yanaşı böyük əksəriyyətini türklər təşkil etməklə 2,5 milyon Anadolu müsəlmanı həlak olmuşdu. Təkcə ermənilərin kompakt yaşadığı altı vilayətdə 1 milyondan artıq əliyalın, silahsız müsəlman öldürülmüşdü. Professor M.M.Kovalevski özünün “Erməni məsələsi” (Avropanın Xəbərləri məcmuəsi, iyun 1915-ci il) adlı məqaləsində yazırdı: “Ermənilər rus qoşunlarına etdikləri köməyin müqabilində gözlədikləri cəzalardan can qurtarmaq üçün böyük kütlələrlə indiki Cənubi Qafqaz ərazilərinə köçməyə məcbur oldular. Bu, bizim 1826-cı ildə farslarla apardığımız müharibə dövründə də, 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsində də belə olmuşdu. İranla bağlanan Türkmənçay müqaviləsindən sonra da 40 min erməni bizim imperiyanın hüdudları daxilinə köçürüldü. Ermənilər pravoslav imperiyanın ərazilərinə köçürüldülər. Köçürüldülər ki, imperiyanı təcavüzə və süquta sürükləsinlər”.
İkinci dünya müharibəsi illərində 30 minə yaxın erməni sovet əsgəri minlərlə insanı qətlə yetirmiş general Dro (Drastoman Kanayan), Karo Gevorkyan, Qaregin Njde və başqalarının faşistlərə qoşulmaq çağırışına səs verdi. E. Faytl adlı tədqiqatçıya görə, “bu müharibədə ermənilərin Nasional-Sosialist Almaniyası tərəfində iştirakı, sözsüz ki, yəhudilərin məhv edilməsi məqsədini güdürdü”. Başqa bir araşdırmaçı Samuel Vumsun məlumatlarına görə, üçüncü reyxin dəstələri tərkibində xidmət keçən minlərlə erməni yəhudilərin öldürülməsində iştirak etmişdir.
Məhz Dro Krım tatarlarının deportasiyasının təşkilatçısı olan Anastas Mikoyanla birlikdə etnik türklərə qarşı kütləvi Stalin repressiyasının fəal iştirakçısı olmuşdur. Erməni terrorizmini tədqiq edənlər erməni cinayətləri tarixində Dronu ən mənəviyyatsız və ən qansız fiqur kimi qiymətləndirirlər. Türkiyədə, Balkan ölkələrində və Azərbaycanda türklərə qarşı qanlı cinayətlər törətmiş erməni faşist Qaregin Njde Hitler ordusunun generalı rütbəsinədək yüksəlmişdi. Ermənistanda 2001-ci ildə nominal dəyəri 100 dram olan metal sikkə dövriyyəyə buraxılmışdır. Onun bir üzündə Hitler ordusunun generalı, erməni terrorist Q. Njdenin şəkli, soyadı və adı təsvir olunmuşdur. Həm də erməni millətçi təliminin – sexakronizmin yaradıcısı olmuş bu adamın İrəvanın mərkəzində ucaldılmış heykəlini demontaj etdirmək Rusiya Federasiyası və İsrail kimi dövlətlərə müyəssər olmadı.
1918-ci ilin mart ayında və aprelin əvvəlində Bakıda baş vermiş azərbaycanlı əhalinin əsil soyqırımı hadisələri müstəqillik illərində Azərbaycan tarixçilərinin elmi işlərində, 1918-1920-ci illərdə yaradılmış və çox gərgin fəaliyyət göstərmiş Fövqəladə İstintaq Komissiyasının son illərdə nəşr olunmuş sənədli toplumlarında ətraflı işıqlandırılmışdır. Təxmini məlumatlara görə, 3 günlük təkcə Bakı faciəsi 12-17 min azərbaycanlının –dinc, əliyalın insanın həlak olması ilə nəticələndi.
İnsanların milli əlamətinə görə məqsədyönlü məhv edilməsi Lenin tərəfindən Qafqaz üzrə Fövqəladə Komissar təyin olunmuş Şaumyanın və onun başçılıq etdiyi, “Daşnaksütun” partiyası və digər erməni terror dəstələri ilə hərbi - taktiki ittifaqda olan Bakı sovetinin amansızlıqla icra etdiyi bir cinayət idi. Bu “ittifaqın” hakimiyyət uğrunda mübarizə taktikası labüd olaraq loyal və etnik “yad” əhaliyə, Azərbaycanın milli partiyalarına və onların liderlərinə qarşı yönəlmiş açıq silahlı terror siyasətinə çevrildi. Azərbaycanda bu faşizm siyasətinin əsas təşkilatçısı və həyata keçirəni bolşevik-daşnak Stepan Georgiyeviç Şaumyan idi.
Faşizm insanlığın düşmənidir. Faşizmin ilk qurbanı isə öz xalqıdır. Müasir dövrdə ermənilik haqqında yumşaq formada aşağıdakıları demək olar: Ağıl ermənilərdə hiyləgərliyə, düşüncə ekstremizmə, səbir aqressivliyə çevrilmişdir. İnsanlıq onlarda məhv olmuşdur, nevrozla əvəzlənmişdir.
Əslən abxaziyalı, ermənişünas alim Badri Arveladze yazır: Bütün Qafqaz yaxşı bilir ki, Abxaziyada (1992-1994-cü illər) gürcülərə qarşı ermənilər də, daha doğrusu, qəddarlıqları ilə məşhurlaşmış Baqramyan adına batalyonun döyüşçüləri də vuruşubdur. Onların vicdanına yüzlərlə dinc sakinin əzablı ölümü yazılıbdır. Gürcü xalqı Ermənistan dövlətinin susmasını baqramyançıların hərəkətlərinə bəraət kimi qiymətləndirir. Əgər Ermənistan hakimiyyəti baqramyançıların cinayətkar əməllərinə ədalətli qiymətini verməsə, onda gürcü-erməni dostluğundan danışmaq ikiüzlülükdən başqa bir şey deyil. Onlar gürcülərə qarşı əsrin cinayətini törədiblər, ondan nə gürcülər, nə də ermənilər qaça biləcəklər.
Ermənilər Abxaziyada XIX əsrin ikinci yarısından məskunlaşmağa başlayıblar. Gürcülər onlara sığınacaq veriblər, çörəyini, suyunu, torpağını onlarla bölüşüblər. Hazırda baqramyançılar Qara dəniz sahilində, Qaqrada gürcü evlərində yerləşdiriliblər. Bu yaxınlarda erməni mətbuatında dərc olunmuş bir yazı oxudum, onun müəllifi fəxrlə qeyd edir ki, Abxaziya müharibəsində qəhrəman adına layiq görülmüş 15 erməni var və separat Abxaziya dövləti gürcüləri öldürdüklərinə görə onları “qəhrəman” kimi tanıyıb.
Gürcüstan Yazıçılar Birliyinin və Abxaziya Akademiyasının üzvü Serji Sajaya yazır ki, Baqramyan batalyonunun yaradılması hazırlığı bir neçə on illər ərzində gürcülərə qarşı hazırlanan sui-qəsdin son mərhələsi idi. Gürcüstanın şimal qərbində ermənilərin həyata keçirdiyi gizli, səssiz işğalın uzun tarixi var. Abxaziyanın erməniləşdirilməsi haqqında “baş” planı tam təfsilatı ilə hələ 1970-ci illərdə Yerevan-Moskva qatarında süfrədəki içkilərdən dəm olmuş Sovet İttifaqı marşalı İvan Baqramyanın özü milliyyətcə yunan hesab etdiyi gürcü kupe qonşularına söyləmişdi.
Müharibə müddətində əsir götürmək və ya öldürmək təəccüblü bir şey deyil, lakin burada əxlaqi meyarlar da olmalıdır. Məhz bu keyfiyyətlər Baqramyan adına batalyonun döyüşçülərində heç yox idi. Gürcüləri amansızcasına öldürürdülər, gürcü dilində yazılmış əsərləri məhv edir, yandırırdılar. Baqramyançılar arasında mənim qonşularım da var idi. Məni tuta bilmədikləri üçün paltomu evdən götürüb ağaca asmış, onu güllələmişdilər, mənim zəngin kitabxanamı isə oda vermişdilər. Mənə Baqramyan adına batalyonun qəddarlığı haqqında xeyli dəhşətli faktlar məlumdur. Yaştxva kəndində qaçıb canını qurtarmağa macal tapmayan gənc bir gürcü qadını qonşu erməni ailəsinə pənah gətirib gizlənmək istəyib. Qonşuları onu ələ verib cəlladlara təslim etmişdilər. İşkəncələrə məruz qalan qadın ağlını itirib, az sonra isə ölübdür.
Bu yaxınlarda Tbilisidə (diqqət yetirin!) İşxanyan adlı birisinin kitabı dərc olunub, həmin kitabda müəllif inandırmağa çalışır ki, gürcülərin nəslinin il-ildən azalması demokratiya və inkişafın qələbəsidir. Onları daha yüksək həyat qabiliyyətli millət (!) əvəz etməlidir. Bundan sonra mənim ümidlərim puç oldu, mən daha inanmıram ki, ermənilər Baqramyan adına batalyonun cinayətləri üçün bizdən üzr istəsinlər. Lakin biz susmamalıyıq, bütün dünya eşitsin deyə, hər şeyi deməliyik və etməliyik.
Gürcüstan Respublikasının Baş Prokurorluğunda Abxaziya müharibəsində Baqramyan adına batalyon tərəfindən dinc gürcü əhalisinə qarşı həyata keçirilmiş cinayətlər haqqında 200 cildlik material saxlanılır.
Son iki yüz ildə ermənilər ilk dəfə olaraq cəmi 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusundan səsi bütün dünyaya yayılmış sarsıdıcı zərbələrini aldılar. Erməni revanşizminin baş qaldırmasına bir daha imkan verilməməlidir. Çünki qandan və ölümdən doymuş ermənilər bir müddət sanki sakitləşir və sonra hər şey yenidən başlayır. Bu, onların xislətindədir.
Məqalənin yazılmasında dövri mətbuat
məlumatlarından, Azərbaycan və xarici
ölkə mütəxəssislərinin əsərlərindən istifadə edilib.
Akif Bayramov
AMEA Naxçıvan Bölməsi əməkdaşı