Şair Xanəli Kərimlinin yeni kitabının təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimlinin “Tanrı müjdəsi”  kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov müəllifin yaradıcılığını yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov qeyd edib ki, vətəndaşlıq lirikasının görkəmli nümayəndəsi, Haqqa tapınan şair Xanəli Kərimlinin şeirlərində M. Araz poeziyasının, M.H.Şəhriyar lirikasının ətri duyulur. Bildirilib ki, ömrünün 70-ci baharına qədəm qoyan şairin “Tanrı müjdəsi” kitabı sayca çapdan çıxan 10-cu kitabıdır.

Şairin həyat və fəaliyyətindən danışan Tarix-filologiya fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent  Rəsul Bağırov vurğulayıb ki, Cənubi Azərbaycan ədəbiyyatının araşdırıcısı olan Xanəli müəllim ali təhsil ocağında bu fənnin tədrisi ilə də məşğul olur.

Tədbirdə çıxış edənlər şairin yaradıcılığını yüksək qiymətləndirib, şeirlərini bədii təhlil ediblər.

Sonda çıxış edən müəllif kitab haqqında səsləndirilən dəyərli fikirlərə görə minnətdarlığını bildirib. 

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: