Yanacaqdoldurma məntəqələrində,mehmanxana və otellərdə yanğın təhlükəsizliyi tədbirləri - FOTOLAR
Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan şəhər ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində, mehmanxana və otellərdə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması və qabaqlayıcı maarifləndirici tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu məqsədlə Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları yanacaqdoldurma məntəqələrinə normalara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması, ildırımötürücü qurğunun quraşdırılması və təhlükəsizliyin təmin olunması, ərazilərin saxlanılması, yanacaq axıntısı hallarına yol verilməməsi üçün baxış keçirib, mövcud ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını əyani olaraq göstərib və baş verə biləcək istənilən hadisəyə qarşı dərhal təxirəsalınmaz tədbirlərin görülməsi üçün izahedici işlər aparıblar.
Eyni zamanda mehmanxana və otellərdə də odsöndürücü balonların və daxili yanğın su kranlarının, yanğın siqnalizasiya sistemlərlərinin vəziyyətinə baxış keçirilib və işçilər maarifləndirilib.
Qeyd edək ki, belə tədbirlər Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin iş planına uyğun olaraq davam etdiriləcək.