Mayın 7-də Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:18-də qeydə alınıb.
Ocağı 61 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.0-a bərabər olub.