Daxili Qoşunların gənc əsgərləri and içdilər - FOTOLAR

A- A A+

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.                                        

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, andiçmə mərasiminə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim iştirakçıları vətən müharibəsində ən ali zirvəyə ucalan şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ordu sıralarına yeni daxil olan gənc əsgərlər hərbi andı qəbul ediblər.

Hərbi hissənin zabiti Orxan Seyidov Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun təbrikini şəxsi heyətə çatdırıb.

Briqada komandiri, general-mayor Səlim Niftəliyev bildirib ki, Müzəffər Ali Baş Komandanımızın başçılığı ilə 30 ilə yaxın işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində qazanılan şanlı qələbə yenilməz, qüdrətli ordumuzun şücaətini və yüksək döyüş qabiliyyətini bir daha təsdiq etdi.

General-mayor Səlim Niftalıyev son illər Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının nümunəvi hərbi hissələrdən birinə çevrilməsindən danışıb, hərbi andı qəbul edən gənc əsgərləri təbrik edərək gənclərə şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. 

Bildirib ki, vətənin bacarıqlı müdafiəçisi olmaq üçün hər bir əsgər hərbi andın tələblərinə sadiq qalmalı, intizamlı olmalı, silah və texnikaların sirlərini dərindən öyrənməlidir.

Gənc əsgər Yaşar Rəhimli əsgər yoldaşları adından göstərilən diqqət və qayğını layiqincə doğruldacaqlarına, Vətənimizə şərəflə xidmət edəcəklərinə söz verib.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.     

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: