Azərbaycanın Xalq şairi Musa Yaqub yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında dəfn olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vida mərasimi mərhumun İsmayıllı rayonunun Buynuz kəndindəki evində təşkil edilib.
Xalq şairi vəsiyyətinə uyğun olaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.
Şairin oğlu Şəhriyar Yaqubov jurnalistlərə bildirib ki, atası Buynuz kənd qəbiristanlığında dəfn olunmağı vəsiyyət edib: “Mənim də bir oğul kimi borcumdur ki, atamın bu vəsiyyətini yerinə yetirim. Bu kəndin təbiəti, yaşıllığı onun üçün hər şey idi”.
Qeyd edək ki, Musa Yaqub mayın 7-də uzunsürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.