Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq ediblər

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 9-da gündüz Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi, mayın 10-da isə şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20, arabir 23-28 metr/saniyə olacağı, səhər yarımadanın bəzi yerlərində arabir 30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, mayın 10-da gecə və səhər yağış yağacaq.

Mayın 9-u axşam qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, mayın 10-da ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: