Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xidmətin Naxçıvan Şəhər İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ötən ay da diqqətdə saxlanılıb, texniki sənədlərin hazırlanması ilə bağlı daxil olmuş 118 müraciət qanunvericiliyin tələblərinə uyğun icra olunub.
Ay ərzində 42 fərdi yaşayış evinin, 22 mənzilin, 1 qeyri-yaşayış sahəsinin olmaqla, ümumilikdə 65 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 53 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib.
Həmçinin ötən dövr ərzində Naxçıvan şəhəri ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılıb.