Tələbə gənc NUHÇIXANA yazır

A- A A+

Aprelin 29-da müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan şəhərindəki məscidlərdə dindarlara, məscid əhlinə, eləcə də ali təhsil müəssisələrində təhsil alan ölkəmizin digər bölgələrindən olan və əcnəbi tələbələrə, hərbi hospitalda müalicə alan xəstələrə, Psixi xəstəliklər dispanserinə, "Naxçıvan Yaşıllaşdırma Xidməti" publik hüquqi şəxsinin, Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin kollektivinə və sosial qayğıya ehtiyacı olanlara 3800 iftar payı verilib. Və bu iftar payından mənə də verildi, çünkü mən də Azərbaycanın digər bölgəsi olan Goranboy rayon keçmiş təmas xətti sayılan Tapqaraqoyunlu kəndinin sakiniyəm və hazırda Naxçıvanda təhsil alıram. Bu səbəbdən gözəl ayda bizə göstərdikləri diqqət və qayğı üçün, həmçinin hazırda yaşadığımız şəhərdə gözəlliyə, inkişafa, sakitliyə və dünyanı cənginə alan pandemiyadan Naxçıvanımızı qoruduğunuz və bizim dərsimizin səmərəli olaraq davamlılığından ötrü göstərdiyiniz bu məsuliyyətli qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova və Universitetimizin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Əziz müəllimlər, tələbələr, dəyərli Naxçıvan əhli və bütöv Azərbaycanım, əziz gününüz mübarək. Ramazan bayramı münasibətilə sizləri təbrik edirəm. Allahdan oruc və namazlarımızın, dualarımızın qəbul olunmasını diləyirəm.

1990-cı ildən sonra yağı düşmənin xalqımıza verdiyi amansız işgəncələri, insanlığa sığmayan vəhşiliyi görən analarımız doğulan körpələrin beşiyi başında artıq yatmaq üçün laylay demədilər. Analar öz körpələrinin beşiyi başında belə layla dedilər: 

Laylay, oğlum, dur, oğlum,
Gözümün nuru oğlum.
Böyü, igid əsgər ol,
Torpağını qoru, oğlum! 

Belə laylalarla böyümüş övladlar indi torpağı işğaldan azad edənlərdir.

Azərbaycanımın gözü aydın olsun! 30 ildən sonra Qarabağımızda—şəhidlərimizin qanı tökülən, illərdir həsrətində qaldığımız torpaqlarda bayram namazı qılınacaq. Bu bayram təmas xəttində yaşayan, güllə səsi altında böyüyən bir gənc kimi məni də hədsiz sevindirir. Bu sevinci bizə yaşadan müdrik, uzaqgörən, böyük sərkərdə öz zəfəri ilə bütün dünyaya səs salan dəmir yumruqlu Prezidentimizə eşq olsun deyirəm.
Torpaqlarımızın bütövlüyü uğrunda öz bütövlüyündən keçən qazilərimə can sağlığı arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Hal-hazırda sərhəddə dayanan əsgər qardaşlarımıza səslənirəm.

Mənim əsgər qardaşım,
Möhkəm dayan yerində!
Qoy üçrəngli bayrağımız
Əbədi dalğalansın,
Bu vətən göylərində!

Cəmilə Abbaszadə

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müalicə işi ixtisasının 2-ci kurs tələbəsi 

Goranboy rayon Tapqaraqoyunlu kənd sakini

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: