NUHÇIXAN xəbər verir ki, XVI-XVII əsrin yadigarı olan Qazançı körpüsündə bərpa işlərinə iyul ayının 1-dən başlanılıb. Hazırda çayın kənarlarında beton istinad divarlar bərkidilir. Bu işlərin həyata keçirilməsi yolun kənarlarında sürüşmənin qarşısını alacaq, həm də güclü sel daşqınları zamanı körpünün təhlükəsizliyini təmin edəcək. Körpünün bərpası zamanı onun orijinallığının qorunması da diqqətdə saxlanılır. Körpünün eni 3,55, uzunluğu 10,85, hündürlüyü isə 8,8 metrdir.
Gülməmməd Əliyev