NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümündə “Naxçıvanın səsi” radiosunun efir vaxtı hər gün saat 08:00-dan gecə saat 12:00-dək olmaqla 16 saat müəyyənləşdirilib. Bu da efir keyfiyyətinin və səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, Ulu öndərin hakimiyyətə gəlməsinin 35 illiyi münasibətilə yaradılan “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir.
Teleradioda muxtar respublika həyatında təhsillə bağlı yeniliklər və aktual məsələlər haqqında tamaşaçı və dinləyicilərə operativ məlumatlar çatdırılır.