Ali Hərbi Məktəbin kursantları Naxçıvanla tanış olub - VİDEO - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda qoşun təcrübəsi keçən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli, tarixi-mədəni yerlərində və muzeylərində olublar. Kursantlar Heydər Əliyev Muzeyini, “Xan Sarayı” Dövlət  Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Xatirə Muzeyini, “Naxçıvanqala” Tarix - Memarlıq Muzey Kompleksini, Dövlət Bayrağı Muzeyini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edərək zəngin təəssüratlar əldə ediblər. Əlahiddə Ümumqoşun Orduda qoşun təcrübəsi keçən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ön xətdə yerləşən hərbi hissə və bölmələrdə şəxsi heyətin sosial-məişət şəraiti, səngər və mövqelərdə aparılan döyüş növbətçiliyi ilə yaxından tanış olublar.

Nəriman Nəcəfov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: