Naxçıvanda Polis Məktəbinin tikintisi davam etdirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Naxçıvanda  regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi və xalça istehsalı müəssisəsi tikilir. Bununla yanaşı polis məktəbinin  tikintisi də davam etdirilir.

Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi və xalça istehsalı müəssisəsində  inşa olunan birinci binada  yun qəbul olunacaq, yuyulacaq, boyanacaq və xalça toxunması üçün  istehsalat sahəsinə veriləcək. Burada xalça istehsalı sahəsində ən müasir avadanlıqlar quraşdırılacaq və keyfiyyətli xalça toxunması üçün hərtərəfli şərait yaradılacaq.

May ayından Naxçıvan şəhərində polis məktəbi üçün bina tikilir. Məktəb kompleksində tədris korpusu, qərargah, yeməkxana və yataqxana binaları inşa olunur.

İkimərtəbəli olacaq tədris korpusunda  orta ixtisas təhsilli polis əməkdaşlarının hazırlanması üçün ən müasir şərait yaradılacaq. Hazırda tədris  korpusunun 2-ci mərtəbəsində qəlib işləri görülür. Yataqxana binası  133 yerlik olacaq.

Əbülfəz   Dünyamalıyev

                                                                

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: