Naxçıvanda bayram payları verilib - FOTOLAR

A- A A+

Ramazan bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edib. Ölkəmizdə də bu müqəddəs ayın zənginlikləri yaşadılır, insanlar saf dini ideyalar ətrafında həmrəy olurlar. 

Muxtar respublikada da Ramazan ayı, orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Pandemiya dövründə kütləvi iftar mərasimlərinin yerinə iftar paylarının verilməsi həm mənəvi dəyərlərimizin yaşadılmasına, həm də əhalinin sağlamlığının qorunmasına xidmət edir. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 12-də müqəddəs Ramazan bayramı münasibətilə Naxçıvan şəhərindəki məscidlərdə dindarlara, məscid əhlinə və sosial qayğıya ehtiyacı olanlara, ümumilikdə 1500 ailəyə bayram payı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: