Hələ 2500 il bundan əvvəl insanlar sarıkökün güclü müalicəvi xüsusiyyətlərini bilir və onlardan istifadə edirdi.
Qədim təbiblər sarıkökün köməyi ilə ilan sancmaları, zəhərlənmə, bir çox daxili orqan xəstəliklərini, sonsuzluğu müalicə edirdilər.
Müasir elm də sarıkökün profilaktik və müalicəvi xüsusiyyətlərini çox yüksək qiymətləndirir. Çoxsaylı araşdırmalar sarıkökün xərçəngdən Alsheymer xəstəliyinə qədər effektli olduğunu sübut edib.
NUHÇIXAN xəbər verir ki, bir çox araşdırmaların nəticələrinə görə sarıkök xərçəng xəstəliklərinin qarşısını almağa kömək edir. Bundan əlavə sarıkökdən istifadə xərçəngin müalicəsinin effektliyini artırır. Bunun səbəbi sarıkökün tərkbində olan "kurkumin" adlı aktiv maddədir. Məhz kurkumin xərçəng hüceyrələrini öldürür, xərçəng şişin böyüməsini ləngidir.
Sarıkök mədə-bağırsaq sisteminə çox yaxşı antiseptik təsir edir.
Sarıkökün həmçinin güclü antioksidant xüsusiyyətləri var. Bunun sayəsində sarıkök orqanizmi cavanlaşdırır, bir çox xroniki xəstəliklərin inkişafının riskini azaldır.
Sarıkök ürək və damarlar üçün də çox faydalıdır - ürək əzələsini möhkəmləndirir, təzyiqi tənzimləməyə yardım edir, damarların vəziyyətini yaxşılaşdırır.
Sarıkök beyinin fəaliyyətini yaxşılaşdırır, beyinin damarlarını xolesterindən təmizləyir və bununla da Alsheymer xəstəliyinin inkişafını ləngidir.
Digər tərəfdən araşdırmalar göstərir ki, sarıkök yayılmış sklerozun inkişafını ləngitməyə kömək edir.
Sarıkök qaraciyərin sağlamlığına müsbət təsir edir, qaraciyərin hüceyrələrini qoruyur. Sarıkök əlavə olunmuş süd qaraciyərin ən yaxşı təbii dərmanı sayılır.
Sarıkök arıqlamağa kömək edir, dərinin vəziyyətini yaxşılaşdıdır.