“Batabat yaylağı” ərazisində dərmanlama işləri aparılıb - FOTOLAR
Muxtar respublikada yaşıllıqların artırılması ilə yanaşı, qorunması, onlara aqrotexniki qulluq göstərilməsi diqqətdə saxlanılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi ağac və kol cinslərində ziyanvericilərə qarşı dərmanlama işləri aparılır. Növbəti tədbir Şahbuz rayonunda “Batabat yaylağı” ərazisində yerləşən Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində və Ağbulaq İstirahət Mərkəzinə gedən yolun kənarlarında keçirilib. Tədbir iştirakçıları bu ərazidəki ağac və kolların ziyanvericilərdən qorunması məqsədilə dərmanlama işi aparıblar.
Hafizə Əliyeva