Ermənistanın Gözdən Əlillər Cəmiyyətinin üzvləri etiraz aksiyası keçiriblər.
NUHÇIXAN “Sputnik”ə istinadən xəbər verir ki, onlar illər uzunu təşkilatın malının mənimsənilməsinə və qurumdakı korrupsiya faktına görə təqsirli bilinənlərin cəzalandırılmasını tələb edirlər.
Aksiya iştirakçıları Gözdən Əlillər Cəmiyyəti sədrinin istefasını istəyiblər. Onlar uzun illərdir sədrdən heç bir dəstək almadıqlarını da vurğulayıblar.
“Biz əminik ki, cəmiyyətin sabiq rəhbərləri keçmiş hakimiyyətlə əlbir olublar. Biz müstəqil araşdırma tələb edirik. Təşkilat hər gözdən əlilə ayda 1000 dram (1 dollar 480,80 dramdır - 2 dollardan bir az artıq – “Report”) verməlidir. Ancaq illər uzunudur cəmiyyət bizə qara qəpik belə vermir. 2017-ci ildə Əmək və Sosial Məsələlər üzrə Nazirlik cəmiyyətə 51,7 milyon dram (107,6 min dollar) maliyyə vəsaiti ayırmışdı. Ancaq cəmiyyət üzvləri bu pulun da hara xərcləndiyindən xəbərsizdirlər”, - cəmiyyətin üzvü Sipan Asatryan bildirib.
Aruttakes Marqaryan adlı üzvün sözlərinə görə, cəmiyyətin rəhbərliyi təşkilata məxsus bütün əmlakı satıb: “Cəmiyyətə məxsus yerlər bazar qiymətindən ucuz icarəyə verilib. Bu pullar isə təşkilatın büdcəsinə daxil olmayıb”.