Tivi Su Elektrik Stansiyası Naxçıvanda elektrik enerjisinə olan tələbatın 10 faizini ödəyəcək - VİDEO

A- A A+

Naxçıvan təbii enerji mənbələrindən düzgün və səmərəli istifadə etməklə enerji tələbatını tamamilə yerli imkanlar hesabına ödəyir. Alternativ və bərpaolunan enerji mənbələri hesabına istehsal olunan enerji nəinki daxili tələbatı ödəyir, hətta ixrac gücünə də malikdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də mayın 10-da muxtar respublikaya səfəri zamanı Naxçıvanda enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Muxtar respublikada enerji istehsalında daha böyük nailiyyətlər əldə olunması istiqamətində işlər davam etdirilir, yeni elektrik stansiyaları inşa olunur. Onlardan biri də Tivi kəndində tikintisi davam etdirilən Tivi Su Elektrik Stansiyasıdır.

Ümumi gücü 15,6 meqavat olacaq Tivi Su Elektrik Stansiyası Biləv və Ordubad su elektrik stansiyaları ilə yanaşı, muxtar respublikada üçüncü derivasiya tipli su elektrik stansiyası olacaq. Burada illik 47 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da muxtar respublikada tələbatın 10 faizinə bərabərdir.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: