Qazançı kəndində məktəb binası tikilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda quruculuq işləri davam etdirilir. Hazırda rayonun  Qazançı kəndində  müasir infrastruktur yaradılır.

Kəndin gələcək inkişaf perspektivi nəzərə alınaraq 216 şagird yerlik 3 mərtəbəli məktəb binası tikilir. Məktəbdə 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, kompüter otağı, hərbi kabinə, kitabxana və idman zalı yaradılır.    

Kənd mərkəzində də son tamamlama işləri görülür. Kənd mərkəzi zirzəmi ilə birlikdə 3 mərtəbəli olacaq. İnşa edilən binanın bir hissəsi isə həkim ambulatoriyası üçün nəzərdə tutulub.

Eyni zamanda tikintisi həyata keçirilən xidmət mərkəzində də işlər yekunlaşmaq üzrədir. Mərkəzdə əhaliyə müxtəlif  ticarət və  məişət xidmətləri göstəriləcək.

         

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: