Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar Nizaminin əsərlərini səhnələşdirdi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Regional İnformasiya Mərkəzində “Nizami ili” çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar Nizami Gəncəvinin müxtəlif əsərlərindən hazırladıqları səhnələri nümayiş etdiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbir “Nizami ili” ilə əlaqədar keçirilib. Uşaqlar şairin müxtəlif əsərlərindən hazırladıqları səhnələrlə tamaşaçı qarşısına çıxıblar.                                           

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqram”nın icrasına uyğun olaraq, muxtar respublikada müvafiq kateqoriyadan olan uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması da diqqətdə saxlanılır.

 

                                                                           Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: