Hər xəstəliyə çarə əzvay bitkisi

A- A A+

Əzvay bitkisi (aloye) qədimdən müalicə və kosmetik məqsədlərlə istifadə olunur.

Əzvayın tərkibində 75 müxtəlif aktiv maddə aşkar olunub - vitamin və minerallar, fermentlər, orqanik turşular, sterollar, antioksidantlar və s.

Əzvay çox güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Əzvay şirəsi dəri, oynaqlar, bağırsaq iltihabları zamanı effektlidir.

NUHÇIXAN xəbər verir ki, əzvay şirəsi xalq təbabətində mədə xorası xəstəliyinin müalicəsində istifadə olunur. Elmi araşdırmalar aşkar edib ki, əzvay şirəsi mədə xorası və qastritin əsas səbəbi olan Helikobakter pilori bakteriyasına öldürücü təsir edir.

- Əzvay orqanizmdə piylərin əriməsini sürətləndirir, arıqlamağa kömək edir.

- Əzvay immuniteti stimullaşdıran vasitə kimi tanınır.

- Əzvay ürəyin sağlamlığına müsbət təsir edir, qanda xolesterini və şəkəri aşağı salır, aterosklerozun inkişafının qarşısını alır, ürəkdə ağrıları azaldır.

- Əzvay qaraciyər və öd kisəsi üçün də faydalıdır - qaraciyərin fəaliyyətini yaxşılaşdırır, hepatositləri (qaraciyərin hüceyrələri) dağılmaqdan qoruyur, ödqovucu təsir edir, öd kisəsində iltihabı azaldır.

- Əzvay şirəsi orqanizmi ziyanlı maddələrdən təmizləyir və detoksikasiya edir.

- Əzvayın dəriyə olan müsbət təsiri hamıya məlumdur. Əzvay şirəsi dərini təmizləyir, cavalaşdırır, tonuslaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: