Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri

A- A A+

Eyniadlı mövzuda seminar Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Culfa rayonunun Camaldın Kənd Mərkəzində  keçirilib. Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, rayon inzibati ərazi dairələri nümayəndələrinin iştirak etdiyi seminarda Nazirliyin əməkdaşları “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” və “Doğumun ölümün qeydə alınması zamanı yol verilən nöqsanlar” mövzularında seminar iştirakçılarına məlumat veriblər.

Yeni doğulan uşaqlara ad verilməsi zamanı uşağın gələcək həyatındakı əhəmiyyətinin nəzərə alınmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, uşaqlara ad qoyarkən onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsi yolverilməzdir. Ad qoyarkən milli adlara üstünlük verilməli, uşağın cəmiyyətdə formalaşmasına mane olmayacaq adlar seçilməlidir. Ad seçimində çətinlik çəkən valideynlər “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” və “Antroponimlər” lüğətindən istifadə edə bilərlər.

Seminarda vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi qaydaları ətraflı izah edilib, mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb, iştirakçılara “İcra hakimiyyəti nümayəndəliklərinin apardığı qeydiyyat əməliyyatlarının əsas məqamları barədə”  məlumat bukleti paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: