Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə yaradılıb - FOTOLAR

A- A A+

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Vikipediyada Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Laçın rayonu haqqında özbək dilində yeni bölmə istifadəyə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bölmədə 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın rayonunun 28 ildən sonra - Vətən müharibəsi nəticəsində imzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də işğaldan azad edildiyi vurğulanır.

Qeyd olunur ki, işğaldan əvvəl rayonda 217 mədəniyyət, 142 tibb müəssisəsi, 133 idarə və təşkilat, 100 orta məktəb, 5 məktəbəqədər təhsil müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəb, 1 orta təhsilli peşə məktəbi, 1 texniki məktəb, 1 rabitə evi və s. fəaliyyət göstərib. Ermənistanın işğalı nəticəsində bu müəssisələr dağıdılıb və məhv edilib.

Bölmədə bölgənin tarixi, mədəni və memarlıq abidələrinə də diqqət yetirilir, onların siyahısı verilir. 1992-ci ildə Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra tarixi, mədəni və dini abidələrin çoxunun məhv edildiyi vurğulanır.

Həmçinin Laçında bir sıra faydalı su mənbələrinin olduğu, rayonun 20-dən çox şəfalı mineral su ehtiyatlarına malik olması da bölmədə əksini tapıb.

Burada, həmçinin Laçın rayonunda yerləşən İstisu, habelə Azərbaycan xristian irsinə aid alban abidəsi olan Ağoğlan monastırı haqqında maraqlı məlumatlar yer alıb. Eyni zamanda Hocazsu çayının sağ qolunun sahilindəki Ağbulaq kəndi haqqında məlumatlara da yer verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: